» » Bakıda üç məzun dənizdə boğuldu


Buzovna çimərliyində üç nəfər dənizdə boğulub. 

Həmin şəxslər 11-ci sinif məzunları olub. 

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub: 

"Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir".

///oxu.az