» » Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı


Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

Cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.


Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib.

***

"Yeni-Müsavat"ın məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.