» » "Hələ bizə pomidor atan, söyən olmayıb" -


Səhnəmizin divası, Xalq Artisti Aygün Kazımova pərəstişkarlarını sevindirməkdə davam edir.

starxeber.az xəbər verir ki, bir müddət əvvəl Rauf Əhmədovla “Yaraşdın mənə” klipini təqdim edən ilklər kraliçası xarizmatik həmkarı ilə ikinci layihə üzərində çalışdığını deyib:

“Yenidən Raufla klip üzərində çalışırıq. Bununla yanaşı solo və duet layihələrim də var.  Mən axı demişdim, bununla bitmir, davam edirik. Bizim birinci addımımız idi, neçə illərdir səhnədəyik ancaq hər dəfə yeni iş görəndə yeni addım kimi olur. Bura kimi şükürlər olsun ki, yaxşı gedir. Hələ bizə pomidor atan, söyən olmayıb. Ona görə də ikinci duetimizi təqdim edəcəyik”.
 
Rauf Əhmədov isə ”lady boss” titulunu verdiyi Aygün Kazımova ilə yenindən ekranda görünməsindən çox xoşbəxt olduğunu söyləyib:

”Aygün Kazımova kimi gözəl xanım ilə işləmək mənim üçün şərəfdir. İkinci klipimiz gələcək, adını açıqlamıram, sürpriz olsun”.