» » “Həyatınız mənimki kimi olsun” -


Stilist Anar Ağakişiyev də LGBT-yə (Lezbiyan, Gey, Biseksual, Transseksual) dəstək verən məşhurlar karvanına qoşulub.

Sənətçi üstündə LGBT bayrağının rənglərini əks etdirən libasda obyektiv qarşısına keçib. Ağakişiyev paylaşımını belə şərh edib:

“Əziz dostlar, bəzən həyat siyah, bəzən isə bəyazdır. İstəyirəm ki, hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngli yaşamaq lazımdır”.

Onun paylaşımına yüzlərlə rəy gəlib. Anar şərh bölməsində fotonu LGBT-yə dəstək üçün paylaşmadığını söyləyib:

“Mən makiyaj sənətçisiyəm və rənglərlə çalışıram. Bu fotosessiyada boyalarla da şəkillər var. Hansı ki, makiyajla bağlıdır. Məsələyə başqa məna verməyin”.

Qeyd edək ki, Anarın paylaşımına 770-dən çox rəy gəlib. Ona rəy yazan məşhurlar arasında türkiyəli stilist Kerimcan Durmaz da yer alıb. Durmaz Anara yazdığı rəydə LGBT bayrağınının smayliki yerləşdirib.

Qeyd edək ki, Anardan öncə Əməkdar artist Röya Ayxan və müğənni Eldar Qasımov LGBT paylaşımı ilə diqqət çəkib. Onların paylaşımlarının LGBT qürur ayına təsadüf etməsi isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.


///axsam.az