» » Nicat Fərəcov hansı türkiyəli məşhurun klipində çəkiləcək?


Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov  Türkiyə ilə bağlı layihələrinin gecikməsinə aydınlıq gətirib. 

starxeber.az-ın məlumatına görə, idmançı ötən həftə orada klipə çəkilməsinə başlayacağını demişdi.

Amma çəkilişlər təxirə salınıb. Hazırda Moskvada olan N.Fərəcov sabah Türkiəyə qayıdacağını bildirib: 

“İşlərimlə bağlı Moskvaya gəlmişdim. Sabah Türkiyəyə qayıdıram. Çəkilişlərə gələn həftə start veriləcək. Türkiyədən məşhur bir simanın klipində çəkiləcəm. Hazırda onunla danışıqlar aparılır. Buna görə də işimiz yubanır”.