» » Bakıda 80 minlik oğurluq -


Bakıda evdən 80 minlik oğurluq edilib.
 Səbail rayon sakini Cahid Quluzadənin evindən seyf oğurlanıb. Seyfin içərisində 15 min manat, 15 min ABŞ dolları və 40 min manatlıq qızıl-zinət əşyaları olub. 
 
Cinayətin bir neçə şəxs tərəfindən törədildiyi ehtimal edilir. Dəstə üzvlərindən biri, 30 yaşlı Dəyanət Şirəliyev saxlanılıb. Digər şəxs və ya şəxslərin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.
 
Qafqazinfo