» » Günel: "Bakıya pul qazanmağa gəlirəm"


Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni mahnılardan gileylənib.

starxeber.az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla"ya açıqlamasında mahnıları səviyyəsiz adlandırıb. O, Bakıya gəlməsinin səbəbini də açıqlayıb:



"Tez-tez gəlirəm, amma az qalıram. Bura pul qazanmağa gəlirəm. Gələn kimi, başlayırlar dedi-qodulardan danışmağa. Məni maraqlandırmır, başqalarının şəxsi həyatıdır, özləri bilər. Mənim də arxamca danışırlar. Heç Türkiyədə dedi-qodulara əhəmiyyət vermirəm. Gedib gəzirəm, əylənirəm, amma onlara yaxalanmıram.

İndiki ifalara baxıram, deyirəm, köçüm Avstraliyaya. O qədər səviyyəsiz mahnılar var ki... İzləyirəm deyirəm, yəqin ki, sənəti buraxmalıyam. Axı Azərbaycan musiqisi, muğamı hər yerdə sevilir. İndikilər nədir?"