» » Bakıda keçmiş arvadını yaralayıb, yeznəsini öldürən şəxs tutuldu


Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

 

starxeber.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində 1996-cı il təvəllüdlü İsmayılov İbrahim Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.


Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qət törədən şəxs hadisə yerindən qaçıb.

O, Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış. 

Hadisəni törədən Ərəsov Müşviq Etibar oğlu Suraxanı Rayon Polis İdarsinin əməkdaşları tərəfindən saxlanılıb