» » Qonşusunu ölümdən xilas edən idmançı özünü öldürdü -


Tanınmış güləşçi intihar edib.

starxeber.az milli.az-a  istinadla xəbər verir ki, Britaniyanın məşhur güləşçisi Adrian Mekalum (Adrian McCallum) özünü öldürüb.

Onun cəsədi səhər saatlarında Şotlandiyadakı evindən tapılıb.

Qeyd edək ki, 36 yaşlı idmançı bir neçə ay əvvəl 16 yaşlı qohumunu yanğından xilas etməklə qəhrəmana çevrilmişdi.