» » Faiqdən Aygünlə küsülülük xəbərinə reaksiya


Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə küsülü olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, onların dostluğu tam sürətlə davam edir:

“Aygünlə illərə dayanan dostluğumuz var. Bunu silib atmaq mümkün deyil. Aramızda zaman-zaman narazılıqlar olsa da, həmişə bütün olmağı bacarmışıq. Hər şey yolundadır.

“Facebook”da yazdığım statusun isə nə Aygünə, nə də media orqanlarında adı hallanan digər ifaçılara aiddiyyəti yoxdur”.
Qeyd edək ki, Faiq Ağayev sosial media hesabında bu sözləri yazmışdı:  

“Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özün özünə “kraliça” deyirsən, zavallı”.