» » Bir-birinə "fahişə" deyən aktrisaların məhkəməsində son durum


Azərbaycanlı aktrisa Pərvin Abıyeva həmkarı Tunay Əliyeva ilə olan qalmaqalından danışıb.

starxeber.az-ın Lent.az-a istinadən xəbərinə görə, P.Abıyeva bildirib ki, T.Əliyevaya bir neçə sual ünvanlamaq istəyir:

“Mən o xanımla heç cür görüşə bilmədim. Görüşsəydim, soruşardım ki, mənimlə dərdin nədir? Neçə dəfə özünə söz göndərdim, hətta efirə də qoşulub soruşdum ki, mənimlə dərdin nədir? Həyatda heç sənlə üz-üzə gəlməmişik. Bizim heç salam-sağolumuz, ortaq dostlarımız belə yoxdur. Elə insanam ki, həyatda heç kimsəyə pisliyim dəyməyib. Çıxıb mənə iyrənc sözlər deyirsən. Sonra da məhkəmədə çıxıb deyir ki, mən o sözü o mənada demədim ki, işi ilə bağlı demişəm ki, “min manatlıq”. Sən nə bilirsən ki, mən nə qədər qonorar alıram? Heç mən min manat qonorar almamışam. Həmin pulun 15 qatını almışam. Sözünü demisən, arxasında da dur. Niyə danırsan? Bütün respublika da bilir ki, sən o sözü hansı məqsədlə demisən. Demisən, arxasında dur. Mən dediyimin arxasındayam. Aramızda olan məhkəmələr də başa çatdı. Bircə Ali Məhkəmənin qərarı qalıb. Ali Məhkəmədən sonra artıq hər şey bilinəcək. Bu günə qədər olan məhkəmələr mənim xeyrimə olub”.

Axşam.az bu məqamda bildirir ki, Tunay Əliyeva sosial şəbəkədə Pərvin Abıyevanın ünvanına nalayiq ifadələr yazıb, onu “1000 manatlıq” adlandırmışdı. Pərvin isə cavabında eyni formada Tunaya cavab vermişdi. O bildirmişdi ki, Tunay pul qarşılığında kişilərlə görüşür:

"Sən Tunaya mən bir dəfə cavab vermədim, qadındır deyib, boş verdim. Bu dəfə sənin nə olduğunu deyəcəm. Sən kimə 500-1000 manatlıq deyirsən? Mənim ətrafımdakıların tanışlarının çoxu səninlə nəinki 500, 300 manata görüşüblər. Sənin avtobioqrafiyanı öyrənmişəm. Maşınla adam vurub qaçdın. Türkiyədə pulla görüşürsən. Üstəlik türk seriallarında "massofka" kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan? Neçə ildir türk kişiləri ilə görüşən sənsən. Mən Türkiyəyə gedib filmimi təqdim edib gəlirəm.

Sənin kimi otelləri gəzmirəm. Özünü mələk kimi göstərmə. Sən mənim tayım deyilsən. Azərbaycan kişilərinin adını batırıb Türkiyədə pulnan görüşən də sənsən".