» » Zerrinin qayınatasından oğlu ilə bağlı dəhşətli faktlar


61 yaşlı türk müğənnisi Zerrin Özer ötən bazar 34 yaşlı Murat Akıncı adlı şəxslə evlənmişdi.

starxeber.az xəbər verir ki, o, toydan cəmi 36 saat sonra fırıldaqçılıqda ittiham edilən ərindən boşanma qərarı alan müğənni anidən qərar dəyişdirərərk müxbirlərə "Murada güvənirəm.

Boşanmayacağam" deyə, açıqlama vermişdi.
Bu gün Muradın atası canlı yayıma bağlanaraq oğlu ilə bağlı dəhşətli faktların üstünü açıb.

O, oğlunu və anasının fırıldaqçı olduğunu pulu olan hər kəsi tələyə saldığını bildirib.

"İlk arvadının bütün zinət əşyalarını oğurlayıb. O adam sərvət ovçusudr. Pulu olan hər kəslə əlaqə qurar, imkanlı qadın və ya kişi fərq etmir. Mən onu övladlıqdan çıxarmışam. Oğlumun bu cür böyüməsində günahkar anasıdır. Mənə maraqlıdır, Zerrin xanım bu saxtakarı çox axtarıb? Normal kişi özündən 27 yaş kiçik qadınla evlənməz. Muradın onun evinə girməsi, Zerrin xanımın bitməsi deməkdir", deyə aata bildirib.

Buna cavab olaraq isə müğənni "Mən cavabımı aldım. Şokdayam. Kədərli deyiləm əsəbiyəm. Aldadılmaq dəhşətli şeydir. Hər qadın səhv edə bilər. Səhv etmək ayrı, axmaq olmaq ayrı. Axmaq deyiləm" deyə, o, bildirib.