» » Bir milyonluq klip -


Bu günlərdə yeni klipini təqdim edən türkiyəli müğənni Nüvit Yıldız böyük uğur qazanıb. 

starxeber.az xəbər verir ki,  N.Yıldızın "Susma"  adlı klipi "Youtube" videohostinqində  1.000.000-dan çox baxış toplayıb. 

Qeyd edək ki, Nüvit Yıldızın bir neçə gün öncə işıq üzü görən “Susma” klipinin rejissoru Erkan Nasdır.Bəstənin sözləri  isə Türkiyənin məşhur pop ifaçısı Sezen Aksuya məxsusdur.

Klipdə Nüvitin tərəf müqabili kimi  dünya ulduzu Madonna ilə 3 illik eşq yaşayıb sonra ayrılan fransalı rəqqas və xoreoqraf Brahim Zeybat çəkilib.

Məşhurların stilinin üzərində isə Tarkan, Hande Yener, Murat Boz, Fatih Ürek, Yıldız Tilbe kimi məşhurlarla çalışan Selim Akar işləyib.