» » Aynurdan əri ilə bağlı etiraf: "Küsülüyük"


"Bacardığım qədər yalan danışmamağa üstünlük verirəm"
Müğənni Aynur Dadaşova ARB TV-nin "Öz evimizdir" proqramında şəxsi həyatı ilə bağlı etiraf edib.

starxeber.az-ın məlumatına görə, sənətçi əri ilə aralarının soyuq olduğunu etiraf edib:

"Hər şeydən vacib övladlarımdır. Həyat yoldaşımla boşanmamışam. Açıq danışmağı xoşlayıram. İnciklik var, amma ayrılmamışıq. Aramızda küsülülük var.

Ayrılsam, etiraf edərəm. Ürəyimi yalan, aldatmaq qırır. Bacardığım qədər yalan danışmamağa üstünlük verirəm".