» » Azərbaycanda 35 yaşlı kişi özünü asdı –


Ötən axşam Sabirabad rayonunda intihar hadisəsi baş verib

Şəhərin H.Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadıqları evin həyətindəki üzüm çardağından asaraq intihar edib. Cəmi 6 gün əvvəl , iyun ayının 17-də Orxanın toyu olubmuş.

O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyirdi. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

(virtualaz.org)