» » Aygün "Pre-Party"də izdiham yaratdı-


Xalq artisti Aygün Kazımova 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalından önçə “Pre-Party”də səhnəyə çıxıb.

starxeber.az xəbər verir ki, musiqi dolu gecədə sənətçi ifası ilə izləyicilərə unudulmaz dəqiqələr yaşadıb. A.Kazımova ifasında yer alan, bir-birindən sevilən hit mahnılarını səsləndirib, gecə ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Ölkənin əsas ulduzu yüksək səviyyədə təşkil olunan festivalda iştirakdan məmnunluq duyduqlarını dilə gətirib.

Qeyd edək ki, paytaxta təşkil olunan “Pre-Party”də Azərbaycanın Xalq artistləri Emin Ağalarov,  Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, müğənnilər Nigar Camal, Çingiz Mustafayev, Aisel, Səmra Rəhimli,  Dilarə Kazımova, eləcə də İrina Nelson, Lyusia Çebotina, DJ TWINS, Leonid Vakulçuk (Cygo) və Serebro, M-Band qrupları iştirak edib. Partinin aparıcısı Yulia Baranovskaya olub