» » "İnstagram"da ən çox izləyicisi olan teleaparıcı kimdir? -


Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. Adi insanlarla yanaşı, məşhurlar da gününün çox hissəsini sosial şəbəkələrdə keçirir.
 
Azərbaycanlı məşhurlar daha çox "instagram"a önəm verir. 


AZXEBER.COM "instagram"da ən çox izləyicisi olan televiziya aparıcıları  ilə bağlı kiçik araşdırma aparıb. 

 
Ən çox izləyici sayı olan Azərbaycan teleaparıcılar Zaur və Günay Baxışəliyeva cütlüyüdür. Məşhur ailənin 1.8 milyon izləyici sayı ilə siyahıda ilk pilləni tutur. 
 
İkinci yerdə ATV  kanalında aparıcılıq edən Vüsalə Əlizadədir. Onun sosial şəbəkədə 1.5 milyon izləyicisi var.
 
Üçüncü yerdə isə "Xəzər TV"də  yayımlanan "5də5" verilişinin aparıcısı Zaur Kamal və Kəmalə Piriyevadır. Onların hər ikisinin 1 milyon izləyicisi var.  
 
Uzun illərdi ATV-də maqazin proqramının aparıcısı olan Afaq Gəncəlinin izləyicilərin sayı 901 mindir. 
 
Siyahıda 5-ci yerdə Xoşqədəm Hidayətqızıdır.  Onun da sosial şəbəkədə yetirə qədər aktiv izləyicisi var. Xoşqədəmin izləyicilərin sayı 751 mindir. 

 
Teleməkanın cazibədar aparıcısı Nanə Ağamalıyevanın izləyici sayı ilə diqqət çəkir. Nanənin izləyiclərinin sayı 718 mindir. 
 
Produserliklə yanaşı qısa zamanda aparıcı olaraq da uğur qazanan Tarix Əliyev sosial şəbəkədə istifadəçilərin sevgisini qazanıb. Tolikin izləyicilərinin sayı 623 mindir. Onun izləyiciləri aktivliyi ilə seçilir. Tolik təkcə verilişləri haqda deyil, sosial məsələlərlə bağlı da tez-tez paylaşım edir.
 
ARB TV-də yayımlanan "Shownews" verilişinin aparıcısı İsa Şükürov da "instagram"da çox fəaldır. Verilişinin adıyla bağlı olan səhifəsini 466 minə yaxın insan izləyir.
 
Xəbərlər proqramı ilə ekran qarşısında tamaşaçıların rəğbətini qazanan Lalə Azərtaş da həmkarlarından geri qalmır. 412 min izləyici sayı olan Lalə şou aparıcılarından geri qalsa da, xəbər aparıcıları sırasında liderdir.  
 
Nazim Qasımzadə