» » Aktyordan Müşfiq Hətəmova ağır sözlər:


Aktyor Sənan Ellez “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovu vəzifədən sui-istifadə də günahlandırıb.

starxeber.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb:

“Müşfiq Hətəmov, eşidirəm ki, kinostudiyada filmə təsdiqlənməyim deyə hər varianta əl atırsan. Özün bilərsən, Müşfiq, vəzifəndən sui-istifadə edirsən - mənə nə. Amma sənin tayların ağsaqqal hesab olunur, yaşından-başından utan! Məni görəndə yalandan üzümə gülmə”.

Qeyd edək ki, Sənan Ellez hazırda “İmtahan” serialında çəkilir. Bir müddət əvvəl serialın digər qəhrəmanı, aktyor Hikmət Rəhimovla da Müşfiq Hətəmov arasında qalmaqal yaşanmışdı.