» » Hacı Əliyev ermənini 6:0 məğlub etdi -


Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

starxeber.az xəbər verir ki, 65 kq çəki dərəcəsində olan idmançımız 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçib.

Qeyd edək ki, Hacı Əliyev 1/4 final mərhələsində Belarus təmsilçisi George Kolievlə qarşılaşacaq.