» » Ayağından əməliyyat edilən Namiq Qaraçuxurlu əsasız gəzməyə başladı


Həkimlə danışdım, deyir ki, dənizə getmək olar
Bir müddət əvvəl ayağından əməliyyat olunan meyxanaçı Namiq Qaraçuxurlu əsadan xilas olub.

starxeber.az xəbər verir ki, o, bu haqda İnstagramda məlumat verib.

Müğənni foto paylaşaraq bu sözləri yazıb: “Bilirsiniz, niyə sevinirəm? Həkimlə danışdım, deyir ki, dənizə getmək olar. Artıq sabahdan yüngülvari idmana da başlayacam. Tezliklə ayağım ayaqqabı ilə də yola getsə, lap yaxşı olar”.

Qeyd edək ki, bir müddət əvvəl meyxanaçının ayağı sınmışdı və həmin hissəyə dəmirlər yerləşdirilmişdi. Namiq Qaraçuxurlu əməliyyatla dəmiri çıxartdırıb.