» » Röyanın "Kimin belə sevgilisi var?” konserti baş tutdu -


Nəhayət ki, artıq günlərdir anonsları yayımlanan və hər kəsin səbrsizliklə gözlədiyi “Kimin belə sevgilisi var?” adlı konsert baş tutdu. Yayın konserti Bakıda “Elux Events Hall”da reallaşdı.

starxeber.az xəbər verir ki, saat 19:00-dan etibarən qapılar konsertə gələn qonaqların üzünə açıldı. Konsert üçün nəzərdə tutulan biletlər artıq satılsa da, son saatlarda məkana gələnlərin sayı durmadan artırdı. 

Hər şeyin qüsursuz tərtib olunduğu məkana əməkdar artisti Röya Ayxanın daxil olmasını sevənləri böyük coşqu ilə qarşıladı. Ayxanı dinləməyə gələnlər arasında şou və incəsənət aləminin tanınmış simaları da yer alıblar. Əməkdar artisti səhnədə göstərdiyi performansla bundan əvvəlki müsahibələrində dediyi kimi, sözünə əməl edərək “Elux Events Hall”u yerindən oynatdı.

Konsertdə ard-arda hit mahnılarını ifa edən sənətçini səhnədə Muxtar Abseynovun bədii rəhbəri  olduğu musiqi ansamblı müşaiyət edib.

Qeyd edək ki, konsert proqramının təşkilatçısı "KEvents group" dur.