» » Məşhurlar ödədikləri hesabın miqdarını açıqladı -


"ATV maqazin onlarla" verilişi məşhurlar arasında sorğu aparıb. Bu dəfə onlardan restoranda ödədikləri hesabın qədərini soruşublar.

Tanınmışların cavabını təqdim edir:
İlkin Həsəni " Bir dəfə 900 manat hesab gəlmişdi, restoran sahibini çağırmışıq ki, bu, real deyil. Onu axırda 400 manatla həll etdik" cavabını verib.


Elməddin Cəfərov isə "Hesabımı aşan hesablar olub: 150 manat" deyə, söyləyib.


Nicat Rəhimov isə "Böyük hesab olub, amma dəyərdi" sözlərini söyləyib.


Əhməd Mustafayev isə "Bir dostumuzun ad günü idi. Hamını yığdım apardım yeyib-içməyə. Hesabı mən ödəməli idim. 1500 manat verdim" cavabını verib.


Azər Baxşəliyev isə hesab əvəzi telefonunu belə restorana verməli olduğunu etiraf edib:


"8 şirvan idi, üstümdə yox idi. Yanımdakıların da pulu olmadı. Təklif etdik ki, telefonu qoyub gedək".
Elcan Rəsulov isə xaricdə adi bir yeməyə 800 manat ödədiyini bildirib.


Lətifə Soyuöz isə onun hesabını ödəmək istəyən bəylərdən bəhs edib:


"Kənardan hesabımı ödəmək isatəyənlər çox olub. Bunu sevmirəm. Tanımadığım insan hesabımı ödəyə bilməz".




///axsam.az