» » "Birinci ailədir" -


"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotosunu İnstaqram səhifəsində yayımlayıb.

Keçmiş müğənninin yerləşdirdiyi şəkildə həyat yoldaşı, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev, övladları İsgəndər və Aişə yer alıblar.

Safurə fotoya "Amma birinci ailədir" qısa şərhini yazıb.

Qeyd edək ki, Safurə ailə qurduqdan sonra müğənniliyi atıb və İstanbulda yaşayır. Bir neçə gün əvvəl onun üçüncü oğlu dünyaya gəlib. Cütlük körpəyə Natiq Əliyev adını qoyub.