» » Cəmil sükutu pozacaq - İsmayıl YKla duet oxuyacaq


“Testene Art Baku” birincimiz, müğənni Cəmil türkiyəli həmkarından təklif alıb. 

starxeber.az-ın xəbərinə görə, Cəmil Türkiyənin üzdə olan sənətçilərindən İsmayıl YKdan Bakıda birlikdə konsert vermək təklifi alıb.

Estrada müğənnimizin meneceri  vəzifəsini yerinə yetirən maqazin jurnalisti Elton Hacıyevin verdiyi məlumata görə, Türkiyənin prodüser mərkəzlərinin birindən onlara təklif gəlib: 

“Mənə Türkiyədən zəng gəldi. İsmayıl YKının Bakıda konsertini keçirmək istəklərini bildirdilər.  Sən demə o, Cəmilin bütün çıxışlarını izləyib və ifasını çox bəyənib. Cəmilin mahnılarından birini duet oxumaq istəyir. Onlar dedilər ki, Cəmil nə cür məkanda konsert vermək istəyir? Mən də onlara bildirdim ki, o, klubda oxumaq istəyir. Yəni istənilən məkanda onun oxuması mümkündür, təbii ki, əgər şərtlər uyğun olsa. Onlar məndən Cəmilin nə qədər qonorar istədiyini də soruşdular. Konserti yazda reallaşdırmaq istədiklərini dedilər.

Amma belə az vaxtda konsert təşkil etmək bir az çətindir, reklam işləri-filan tələb olunur”. E.Hacıyev hələ ki, danışıqların davam etdiyini deyərək, əlavə edib ki, ola bilsin, təklif müsbət dəyərləndiriləcək.