» » Bakı bulvarında iki nəfər dənizə düşdü


Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

starxeber.az xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.



Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.