» » İlham Əliyev ona da ev verdi


Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımovu (Məmməd Səfa) mükafatlandırıb. 
 
Ölkə başçısı "YUĞ” teatrının aktyoruna ev bağışlayıb.  



starxeber.az xəbər verir ki, o, xəbəri "Qafqazinfo”ya təsdiq edib. 

M. Qasımov hazırda prezidentin ona bağışladığı evlə tanış olduğunu və hədiyyəyə görə İlham Əliyevə təşəkkür etdiyini bildirib.