» » “Lotu Quli”nin adamları saxlanıldılar -


Gürcüstanda kriminal aləmin 10 üzvü saxlanılıb.

starxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Saxlanılan arasında "Xomeyni", "Oskar", "Ələsgər" ləqəbli kriminal avtoritetlər də var. Onlardan biri Azərbaycana qaçmağa cəhd edərkən ələ keçib.

Qeyd olunur ki, həbs olunan şəxslərdən 4-ü azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun adamlarıdır. Həmin şəxslər  vətəndaşlara hədə-qorxu gələrək pul tələb ediblər.