» » Hazard seçim qarşısında -


"Real"ın yeni transferi Eden Hazard hələ də "kral klubu"nda nömrə seçimini etməyib.

starxeber.az qol.az-a istinadən xəbər verir ki, buna səbəb belçikalı yarımmüdafiəçinin "Çelsi"də geyindiyi "10 nömrə"nin Luka Modriçdə olmasıdır. Madridlilər ulduz futbolçuya daha əvvəl Kriştianu Ronaldo, Raul Qonzales və Emilio Butraqenonun geyindiyi 7 nömrəli formanı vermək istəyir. Elə Eden özü də sözügedən nömrəni götürməkdə maraqlıdır.



Hazard üçün digər variant isə 11 nömrədir. Futbolçunun yekunda hansı nömrəni seçəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Real"da hazırda 7 nömrəli forma Mariano Diasa, "11" isə Qaret Beylə məxsusdur. Hər iki futbolçunun komandadan ayrılması gündəmdədir.