» » Köməksiz qalan azyaşlılar xilas edildi


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bağlı qapı arxasında köməksiz qalan 2 azyaşlıya kömək ediblər.

Nazirlikdən starxeber.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 



Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.