» » İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü


Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

starxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.
 

50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.
Gürcüstan polisi faktı araşdırır.