» » Boşansalar da, xatirələri silmədilər


Aktyor-müğənni Özcan Deniz və boşandığı həyat yoldaşı Feyza Aktan hələ də maqazin xəbərlərinin gündəmindən düşmür.

starxeber.az-ın məlumatına görə, cütlük ayrılsa da sosial şəbəkədən bir-birinə aid olan fotoları silməyib.

 Hər kəsin diqqətini çəkən məqam onlarla bağlı bir çox dedi-qoduların çıxmasına səbəb olub.

Bir çoxları cütlüyün xatirələri yox etməyə ürəyi gəlmədiyini, bəziləri isə yenidən görüşdüklərini yazıb.


Qeyd edək ki, 2018-ci ildə evlənən cütlük ötən ay boşanıb. Onların bu nikahdan bir övladı var.