» » Əbülfəz Bünyatov azadlığa buraxıldı


Nardaran hadisələrinə görə həbs edilən Əbülfəz Bünyatov azadlığa buraxılıb.

Ə.Bünyatovun müraciətinə Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində baxıb.



Qərara əsasən, Ə.Bünyatov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Ə.Bünyatov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı güllə yarası alaraq iflic olub. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə proseslərinə xərəkdə gətirilirdi və proses zamanı həkimin nəzarətində saxlanılırdı.
 
///Qafqazinfo