» » Güneldən atasına albom kimi təbrik -


Müğənni Günel Zeynalova atası Rəhman Zeynalovun doğum gününü İnstaqramda təbrik edib.

Ailə fotolarını paylaşan ifaçı atasının şəninə xoş sözlər yazıb:

“Ailə demək hər şey deməkdir. Hər qızın bir qəhrəmanı var həyatda. Dostumdur, dərdləşdiyimdir, səhnə yoldaşımdır. Allah səni bizə çox görməsin. Ailənizin dəyərini bilin. Doya-doya vaxt keçirin”.

Qeyd edək ki, Günelin paylaşdığı şəkillərdə anası, qardaşı Tunar və onun həyat yoldaşı da yer alıb.


///axsam.az