» » Cazibədar Dilarə bu dəfə hərrəmxanada-Yeni klip çəkilir-


Ecazkar Dilarə Kazımovanın yeni "Harem" adlı mahnısı haqda xəbər vermişdik. 

starxeber.az xəbər verir ki, İfaçı musiqisi özünə və İslam Şirvaniyə, sözləri Prometeyə məxsus mahnıya ekran həyatı verib. 

"Boomerang Label"in təşkilatçılığı ilə həyata keçən "Harem"in rejissoru Nail Naiboğludur. 

Klipdə Dilarənin obrazı elə ifaçının özünə məxsusdur: "Mahnı məni ruhlandırdı. Burada bir şərq ab-havası var. "Harem"də həmçinin tarix yatır. Çalışdıq klipdə bunu göstərək. Biz əsl qədim, şərq hamamında olduq. Mən hərrəmxanada, öz köməkçilərimləyəm. Digər detalları yaxında təqdim ediləcək klipdə bərabər izləyərik"-deyə Dilarə şərh edib. 

Xatırladaq ki, "Harem"in ərsəyə gəlməsində xüsusi təşəkkür İçarişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinə və rəhbəri Riad  Qasımova düşür. 

Sözügedən mahnını bu linkdə dinləyə bilərsiniz.