закрыть
Test

Test2

Evi əlindən alınan Müşfiq Abbasov danışdı -  Ali Məhkəməyə müraciət edəcəm

Maqazin 14-iyl, 10:379 14
Dövlət Əmlak Komitəsi çıxarışı mənim adıma verib, bunu notarius da təsdiq edir

“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun evi əlindən alınıb.

O, AzNews.az-a açıqlamasında Ali Məhkəməyə müraciət edəcəyini deyib:

“Apellyasiya məhkəməsinin qərarına əsasən bildirilir ki, evim Həsənova Mehribana aiddir. Mənzil mənə 2013-cü ildə Həsənova Mehribanın bacısı qızı Həsənova Gülrux tərəfindən satılıb. Həsənova Mehriban isə iddia edir ki, ev Gülruxa yox, ona aiddir.

Yasamal Rayon Məhkəməsi mənim xeyrimə qətnamə çıxarıb. Apellyasiya məhkəməsi isə Yasamal Rayon Məhkəməsinin qərarını ləğv etdi. Ali məhkəməyə müraciət edəcəm. Dövlət Əmlak Komitəsi çıxarışı mənim adıma verib, bunu notarius da təsdiq edir”.

Müşfiq Abbasov onu da deyib ki, hazırda evdə yaşayır. Bu mənzildən başqa evi yoxdur. Masazırda bağ evi var.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR