» » “Qalatasaray”ın keçmiş futbolçusu boşanmasından danışdı -


Birlikdə yaşamasaq belə mənə və oğluma yaxşı baxır
İstanbulun “Qalatasaray” klubunun keçmiş futbolçusu Wesley Sneijder həyat yoldaşı Yolanthe Cabau ilə boşanmasına münasibət bildirib.

starxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatında problem yaşayan 35 yaşlı futbolçu həyat yoldaşına 15 milyon avro təzminat ödəməsi haqqında yayılan xəbərləri yalanlayıb.

Wesley Sneijder “Bir müddətdir ki, bir arada yaşamırıq. Evliliyimdə bir çox səhv etdim. Həyat yoldaşım yaxşı insandır və ona hörmət edirəm. Birlikdə yaşamasaq belə mənə və oğluma yaxşı baxır” Yolanthe haqqında danışarkən deyib.