» » Bakıda böyrək çatışmazlığından əziyyət çəkən şəxs intihar etdi


Bakıda intihar hadisəsi baş verib.

starxeber.az "report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan 1952-ci il təvəllüdlü Feyruz Babayev yaşadığı evdə qolunun damarlarını kəsərək intihar edib.

O, böyrək çatışmazlığından əziyyət çəkirmiş və dializ qəbul edirmiş. 

Faktla bağlı araşdırma aparılır.