» » Azərbaycanda kütləvi zəhərlənmə:


Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

starxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.