Gecə saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən starxeber AZ-az verilən məlumata görə, hadisə rayonun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 hektar sahədə və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 10 hektarlıq sahədə baş verib.
Yanğın nəticəsində kol-kos yanıb, qoruq ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.