» » Toya gələn nənə qonaqları mat qoydu -


ABŞ-da ərə gedən nəvəsinin toyuna qatılan nənə bütün diqqəti öz üzərinə toplamağı bacarıb. "Qafqazinfo”nun məlumatına görə, bu barədə "Huffpost” yazıb. 

Belə ki, nənə toyda cütlüyün başına gül ləçəkləri tökən qızı əvəzləməklə qonaqların təəccübünə səbəb olub. Bu işi böyük sevinclə görən qadın ətrafdakılara müsbət enerji ötürüb, onların simalarında təbəssüm yaradıb.
 

Həmin anın görüntüləri sosial şəbəkələrdə izlənmə rekordu qırıb.