Əməkdar artist Elza Seyidcahan milli məbuat günü münasibəti ilə yeni şeir yazıb.
starxeber.az xəbər verir ki, o, "Əkinçi"adlı şeirini "İnstagram" səhifəsində paylaşıb.
22 iyun "Milli mətbuat günü"nə həsr edilmiş şeiri təqdim edirik:
Əkinçi... Mətbuatda bata - batdı Söz xəzinəsində Cıdır düzü, atı çapdı Göl zəmisində Boranı çoxdu, qışı yazdı Mətin-mətin sözün mət olsun Mətbuat Mətdən doğan Mətbuat Məti mətdən mət yaradan Mətbuat Sözü Mədhdən Mədh edəsiz Sözü atdan atlana Addım-addım mat edəsiz Hər əzaba qatlana Sözü altdan qazıb-qazıb Neft edəsiz Dəryalardan qızıl balıq Təkin sözün 3 arzusu 3 ümman, 3 gümanı o zamanı, bu zamanı o zaman, bu zaman o qananı, bu yalanı Bu, bu mətdi bu. Atdı bu, Səhdi Vazeh, Mehdi Qulu Bu Sabirdir, Ələkbərdir. Bu Mirzədir, Fətəlidir. Felyetonlar mətindən. Mət yaranır. Polemika balından, Bal kəsilir. Va alleykuma gözündən Göz açılır. Nəzirələr sözündən Söz yaranır Qələmindən od yağır Zərdabilər. Zər qədrini zər bilər. Nə əkərsən, onu biçərsən Əkinçi. Ək bitsin inci-inci. Atdı bu, çapdı bu. Çapa-çapa çatdı bu Tapdı bu, yazdı bu. Qələminiz müdrük- müdrük Şirin-şirin, həzin-həzin Yalvarsın O, Allaha Qaytarsınlar aldıqlarını Qaytarsınlar aldıqlarını Topxanaya, Qarabağa İsa Bulağının yanına gedək Qapa-qapa qabağa gedək Mətbuat yerli- dibli Mövhumat sirli-sirli Təsürat gizli-gizli Məlumat isti-isti Yalan söz pisdi-pisdi. Çap çaparaq, Qap qoparaq Mətbuatdı, köhlən atdı Qır atdı Qırdı atdı Kimi çapdı, Kimi çatdı Kimi yazdı kimi atdı Mənim dostum mətbuatdı.