» » Leyla Əliyeva Faiq Ağayevi təriflədi


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara 2019” musiqi festivalında jurnalistlərin suallarını cavablandırıb.

Leyla Əliyeva aparıcının “Ən sevdiyiniz mahnı hansıdır. Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi” sualına cavabında Xalq artisti Faiq Ağayevi çox bəyəndiyini deyib:

“Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini dinləyirəm. Ancaq bilmirəm niyə. Bu, sadəcə qeyri-reallıqdır.

Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun ki, o, bu gün çıxış etmir. Onun “Sən gəlməz oldun” mahnısı çox xoşuma gəlir”.

Qeyd edək ki, bu sözlərindən sonra Faiq Ağayev sosial şəbəkədə Leyla Əliyevaya təşəkkürünü bildirib:

“Qəlbi həlim, ruhu gözəl, əziz, mehriban, sevimli Leyla xanım. Elə xoş oldu ki! Çox minnətdaram!” deyə, o, qeyd edib.