» » Ramazan ayı nə vaxt başlayır?


Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.

Bu barədə starxeber.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarənin tərtib etdiyi təqvimə əsasən, may ayının 5-i axşamı niyyət axşamı, Ramazanın ilk günü isə may ayının 6-sıdır.

Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır.
Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.