» » "Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik" -


"Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb məşq edəcəyik. Komandam oyuna hazırdır. Məşqdən sonra iclas olacaq".
 
starxeber.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Dundalk"ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.

"Qarabağ" daha yaxşı vəziyyətdədir. Bizim arzumuz var. Onlara qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik" - deyə o bildirib.

42 yaşlı mütəxəssis Ağdam klubunun topa daha çox nəzarət edən tərəf olacağını vurğulayıb: "Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Sabahkı matç çox vacibdir. Penaltilərə hazırıq. Nəzərə alsaq bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazanmışıq. Bu baxımdan bizdə təcrübə var. Düşünürəm ki, sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq".
 
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" matçı sabah yerli vaxtla saat 21:00-da başlayacaq.