» » Bakıda tanış olduğu sevgilisini yalnız buraxmır


“Rammstein” qrupunun lideri Till Lindemannla eşq yaşayan ukraynalı müğənni Svetlana Loboda Moskvada konsertə görüntülənib.

Konsert zamanı o, qızı ilə Tillin kulisinə gəlib. Onların yanında mühafizəçilər də olub.

Loboda iki mahnı dinlədikdən sonra məkandan ayrılıb.
Konsertdən öncə müğənni İnstaqramda tualetdə fotosunu paylaşıb. Görüntüdə Lindemannın portreti yer alıb. Sənətçi olduğu yeri isə Luzniki Stadionu deyə, işarələyib.

Qeyd edək ki, cütlük 2017-ci ildə Bakıda keçirilən “Jara” festivalında tanış olub. Onların ötən il qızı dünyaya gəlib.


///axsam.az