закрыть
Test

Test2

Aydın Xırdalanlının doğum günüdür  — Bu gün onun məzarını ziyarət etməyəcəyəm

Maqazin 31-iyl, 22:219 36

Bu gün əfsanəvi meyxanaçı Aydın Xırdalanlının anadan olduğu gündür.


"Ölkə.Az" Aydının doğum günündə onun həmkarı Ağarmirzəylə əlaqə saxlayıb. Söz ustadı əməkdaşımızla söhbətində bildirib ki, Aydının məzarını bir neçə gün öncə ziyarət edib:

"Aydın məzarını bu gün ziyarət etməyəcəyəm, amma ruhuna dualar oxuyub, fatihə verəcəyəm. Təxminən bir həftə əvvəl hacı Səbuhi Xırdalanlı, mən və Almaniyadan gəlmiş bir dostumuzla Aydının məzarını ziyarət etdik". 

Ağamirzə Aydın Xırdalanlının ailəsinin maddi durumu barədə isə bunları deyib:

"Şükür Allaha, Aydının qardaşları var. Ailəsinə də onlar yaxşı baxırlar".

Qeyd edək ki, Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub. 1995-ci ildən meyxana deməyə başlayıb. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub. 
Əfsanəvi meyxanaçı bu ilin mart ayının 23-də vəfat edib.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR