» » Natavan Həbibi yeni görünüşdə -


Müğənni Natavan Həbibinin bacısı qızı Nurelin ad günü olub.

starxeber.az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclisdən görüntülər sosial şəbəkədə yayılıb.

Ad gününə qatılan Natavan yeni görünüşü ilə diqqət çəkib. Ana olduqdan sonra heç bir tədbirə qatılmayan, efirlərdən uzaqlaşan və İnstaqramda nadir hallarda şəkil yayımlayan ifaçı saçlarını uzadıb.

Qeyd edək ki, reper Dado ilə ailəli olan Həbibinin oğlu dünyaya gəlib.