» » Oğlu xərçəngdən ölən Zöhrə Abdullayevanın son halı təəccübləndirir -


Əməkdar artist Zöhrə Abdullayevanın yeni fotosu yayılıb.

starxeber.az publika.az-a istinadla xəbər verir ki, oğlu İsrafil Abdullayevin qəfil ölümündən sonra uzun müddət efirlərə çıxmayan Zöhrə Abdullayevanı oğul dərdi tanınmaz hala salıb.

Zöhrə xanımın tanınmaz vəziyyətdə olması izləyiciləri məyus edib.

Əməkdar artist xeyli çəki atıb, saçları isə ağarıb.

Əldə etdiyimiz məlumata əsasən sənətçi bir müddətlik İsveçdə yaşayan tanışlarının yanına gedib.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. İsrafil ötən il 46 yaşında dünyasını dəyişib. Həmin gündən etibarən Zöhrə Abdullayeva efirlərə çıxmayacağını dilə gətirib.