» » “Sədərək”də zəhərlənən 15 nəfər DİN və FHN işçisidir


Dünən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı müraciət edənlərin ümumi sayı 16 nəfər olub.


starxeber.az xəbər veirr ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar".