» » "Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olur


Bu gün Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.


starxeber.az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

İlk olaraq ÇL-in püşkü atılacaq ki, bununla 3-cü mərhələdə mübarizə aparacaq APOEL - "Qarabağ" cütünün qalibinin rəqibi də müəyyənləşəcək. 

Səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi səpələnmişlər səbətindəki nisbətən güclü komandaların cəmləşdiyi aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:
 
PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya)

"Srvena zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)

"Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan)